Azərbaycanda dolların kursu ən aşağı həddə endi - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dolları ötən günə nisbətən manat qarşısında ucuzlaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0492 manat olaraq müəyyənləşdirib. Beləliklə, dolların məzənnəsi cari ilin noyabrın 4-dən bəri ən aşağı həddə enib. Həmin gün dolların manata qarşı məzənnəsi 1,0496 manat olub.

 

Avronun kursunda ötən günə nisbətən bahalaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,1547 manatdır. Bu isə noyabrın 4-dən bəri ən yuxarı hədd deməkdir. Həmin gün avronun manata qarşı məzənnəsi 1,1492 manat olub.

 

Rusiya rublunun məzənnəsi isə yenə ucuzlaşıb. Hazırda 1000 rublun rəsmi kursu 15 manat 10 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.

Müəllif | Apa.Tv
Apa.tv