Çexiya prezidenti: "Türkiyəni Avropa Birliyinə qəbul etmək olmaz"

“Türkiyə NATO üzvü olsa da, İŞİD-in müttəfiqi kimi hərəkət edir”. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Çexiya prezidenti Miloş Zeman ölkənin şimalında seçicilərlə görüşü zamanı deyib.

 

Türkiyənin Avropa İttifaqına qəbul edilməməsinin vacibliyini vurğulayan Miloş Zeman Brüsselin Ankaraya 3 milyard avro yardım ayırmasını pisləyib.

 

“Eyni dindən olduqları üçün Türkiyənin suriyalı qaçqınları təmin etmək imkanı var”, - deyə Çexiya prezident qeyd edib.

 

Sonda Miloş Zeman fikirlərinə görə Türkiyə səfirindən etiraz notası gözlədiyini də diqqətə çatdırıb.

Müəllif | Apa.Tv
Apa.tv