SOCAR: İtkin düşən neftçilərin axtarışları genişləndirilib

SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, eləcə də "Neft Daşları"nın itkin düşən 3 əməkdaşının axtarışları davam edir.

 

APA TV-nin məlumatına görə, bu barədə SOCAR-ın "Azneft" İstehsalat Birliyindən açıqlama verilib.

 

Qeyd edilib ki, axtarışların miqyası genişləndirilib: "Belə ki, Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi və 2 helikopteri axtarışları davam etdirir. Təəssüf ki, axtarışlar hələlik heç bir nəticə verməyib".

 

Əlavə olaraq bildirilib ki, yanğını söndürmək hələ də mümkün olmayıb. "Yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur", - deyə İB rəsmisi qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv