Amerikalı milyarder soyuqdan öldü
Məşhur amerikalı milyarder Duqlas Tompkins göldə raftinq edərkən qəza keçirib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, 1966-cı ildə qurduğu “The North Face” şirkəti ilə dünyada şöhrət qazanan 72 yaşlı biznesmen Çilidə Karrera gölündə rafting idmanı ilə məşğul olarkən qəza keçirib.
Güclü külək nəticəsində kiçik qayıq çevrilib və qayıqda olan 6 nəfər suya düşüb. Suya düşənlərdən 3-ü xilas edilib. Aralarında Tompkinsin olduğu digər 3 nəfər isə helikopter vasitəsilə sudan çıxarılıblar.
Tompkins ən qısa zaman xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər bildiriblər ki, Duqlas Tompkins suya düşərkən bədən temperaturu 35 dərəcənin altına endiyi üçün hipotermiya keçirib. Onun ölümünə də məhz hipotermiya səbəb olub.