Sankt-Peterburqda azərbaycanlılar arasında atışma olub, yaralananlar var

Sankt-Peterbuqrda kafelərdən birində azərbaycanlılar arasında atışma olub. APA TV-nin məlumatına görə, hadisə gecə saatlarında Kolpinsk rayonunda baş verib. Atışmada səkkiz azərbaycanlının iştirak etdiyi bildirilir. Atışma zamanı travmatik silahlardan istifadə olunub. İlkin məlumata görə, insident zamanı iki soydaşımız yaralanıb. Yaralılara tibbi yardım göstərilib, atışmada iştriak edən azərbaycanlıların hamısı polis tərəfindən saxlanıb. Hadisənin təfərrüatları və saxlanan şəxslərin kimliyi açıqlanmır. Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi atışmanın motivlərinin araşdırıldığını bildirir. Qeyd edək ki, Sankt-Peterburq Rusiyada azərbaycanlıların kompakt şəkildə yaşadığı şəhərlərdən biridir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv