Nardaran hadisələrinə görə daha bir nəfər tutuldu

"Müsəlman Birliyi Hərəkatı"nın daha bir üzvü tutulub.

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, "Müsəlman Birliyi Hərəkatı" adlı qurumun İdarə Heyətinin üzvü, ilahiyyatçı Fərhad Mirzə Bakının Binə qəsəbəsində saxlanılıb. O, Nardaran hadisələrində təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

Fərhad Mirzə "Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Taleh Bağırovun yaxın tərəfdaşı olub.

Müəllif | Apa.Tv
Apa.tv