ABŞ kəşfiyyatı Türkiyəyə xəbərdarlıq etdi: rus turistlərə qarşı terror törədiləcək

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ölkədə terror aktlarının baş verəcəyi barədə Türkiyəyə xəbərdarlıq edib.

 

APA TV-nin "Sözçü"yə istinadən xəbərinə görə, İŞİD üzvü olan bir canlı bomba və Misirdə Rusiya təyyarəsinin partladılması ilə əlaqəsi olan 3 fələstinli Türkiyədə terror hadisəsi törədəcək.

 

MKİ teraktın planlaşdırılması barədə məlumatı Türkiyə rəsmilərinə çatdırıb. Mümtaz Muhammed Camas Dağmaş, Ayman Ahmet Abdullah Nofal və Rafet Abbas adlı fələstinlilərin hədəfi Türkiyədəki rus turistlərdir.

 

İŞİD üzvü olan Abu Xalid kod adlı Camal Nasanın da rusiyalılara qarşı planı olduğu bildirilir. Terrorçunun Türkiyədə saxta vəsiqə ilə yaşadığı, oğurluq antik əsərlərin ticarəti və suriyalı qaçqınların Avropaya qaçırılması ilə məşğul olduğu qeyd olunur. Onun Türkiyədə bir nəfərlə əlaqə saxladığı və planlaşdırdığı terror aktı zamanı özünü də partladacağı bildirilir.

 

Hazırda Türkiyənin bütün vilayətlərində həmin şəxslərin axtarışı başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv