Çində bir ildə ikinci devalvasiya oldu

Çin Milli Bankı dekabrın 10-dan etibarən milli valyutası olan yuanın kursunu 1 dollar 6,42 yuan səviyyəsində müəyyən etməklə, aşağı salıb. APA TV-nin xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb. Bu, 2011-ci ilin avqustundan bu yana keçirilən ikinci devalvasiyadır.


Çin son iki gündə ikinci dəfə milli valyutanın dəyərinin aşağı salınması haqqında qərar qəbul edib. Ölkə rəsmiləri atılan bu addımı beynəlxalq hesablaşmaların optimallaşdırılması zərurəti ilə izah edir. Çin ilk devalvasiya qərarını bu ilin 11 avqustunda verib. Qərarın ardından üç gün ərzində yuan dollara nisbətdə 4,6 faiz ucuzlaşıb.

Lakin, bir qədər sonra milli valyutanın kursu yenidən artaraq, noyabrın əvvəllərində 1 dollar 6,32 yuana bərabər olub. Noyabrın 30-da Beynəlxalq Valyuta Fondu Çin yuanını ehtiyat valyutalar sırasına daxil edib. Bu, fond tərəfindən son 35 ildə verilən ilk belə qərardır. Sözü gedən qərarın 2016-cı ilin oktyabrın 1-dən qüvvəyə minəcəyi bildirilir.

Qeyd edək ki, bu siyahıda ABŞ dolları, avro, funt-sterlinq və yapon yeni də təmsil olunur.

Müəllif | Apa.Tv
Apa.tv