Davudoğlu: "Rusiya Suriyada etnik təmizləmə aparır"

"Rusiya Suriyanın Şimali Latakiya ərazisində etnik təmizləmə həyata keçirir. APA TV-nin məlumatına görə, bu iddianı Türkiyənin baş naziri Əhməd Davudoğlu "Deutsche Welle" radiosuna müsahibəsində deyib.


Hökumət rəhbərinin sözlərinə görə, Rusiyanın hərəkətləri Sünni ərəblərə və türkmənlərə qarşı yönəlib: "Onların məqsədi bu ərazini Bəşər Əsədin rahat nəfəs alması üçün təmizləməkdir. Başqa bir plan isə burada onların öz hərbi bazalarının təhlükəsizliyini təmin etməkdir".

 

Davudoğlu əlavə edib ki, Rusiya təyyarələrinin son bombardmanlarından sonra qaçqınların sayı artacaq.

Müəllif | Apa.Tv
Apa.tv