Dördüncü dəfə intihara cəhd edən Şəmkir sakini xilas edildi
Gəncə şəhərində intihara cəhd edilib. APA TV-nın Qərb bürosunun xəbərinə görə, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Tamerlan Ələsgərli şəhərin mərkəzində yerləşən yeni tikilmiş hündürmərtəbəli binanın 8-ci mərtəbəsinə çıxaraq özünü atmaq istəyib.
Əraziyə polis əməkdaşları gəlib. İntihara cəhd edən gənclə apardığı söhbətdən sonra onu fikrindən daşındırmaq mümkün olub.
Tamerlan Ələsgərli yaşayış yeri ilə bağlı problemlə üzləşdiyini və şikayətinə baxılmadığını deyib.
Qeyd edək ki, T. Ələsgərli 4-cü dəfədir intihara cəhd edir. O, bir dəfə Gəncədə, bir dəfə də Bakıda hündürlüyə çıxaraq, özünü yerə atmaq istəyib. Dünən isə Tamerlan neft içərək zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.