Bakı-Sumqayıt yolunda avtobusun qarşısından çıxan piyadanı maşın vurdu

Ötən gecə Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Bakı-Sumqayıt yolu ilə Sumqayıt istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü yolu keçmək istəyən 32 yaşlı Məhərrəm Əsgərovu vurub.

 

Yaralını sürücü özünü xəstəxanaya çatdırıb. Həkimlər piyadanın qəza nəticəsində kəllə-beyin travması aldığını bildiriblər.

 

Hadisə yerinə müstəntiq gəlib. Sürücünün ifadəsi alınıb. Sürücü bildirib ki, öz yolu ilə hərəkətdə olarkən dayanacaqda dayanan avtobusun qarşısından qəfil piyada çıxıb. O da avtomobili saxlaya bilməyərək piyadanı vurub. Faktla əlaqədar araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv