“Makedon” ləqəbli kriminal avtoritet dünyasını dəyişib - TƏFƏRRÜATLAR

Kriminal aləmdə “Makedon” ləqəbi ilə tanınan avtoritet Natiq Məmmədov 14 saylı cəzaçəkmə müaəssisəsində dünyasını dəyişib. APA TV-nin məlumatına görə, narkotik vasitələrin  qanunsuz   dövriyyəsi  maddəsi  ilə məhkum edilmiş, 1971-ci il təvəllüdlü Natiq Məmmədovun vəziyyəti qəfil pisləşib və o, Xətai rayonu ərazisində yerləşən 2 saylı xəstəxanaya gətirilib. Həkimlər Natiq Məmmədovun böyrəklərini dializ ediblər. Lakin tibbi müdaxiləyə baxmayaraq məhbusun həyatını xilas etmək mümkün olmayıb.  Ədliyyə Nazirliyi Pentensiar Xidməti  faktı təsdiqləyib. Qürumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovun verdiyi məlumata görə  məhkum Natiq Məmmədov bir ildən artıqdır böyrək catışmamazlığından əziyyət cəkirmiş. Mərhumun kriminal aləmdə nüfuzuna gəlincə Mehman Sadıqov APA  TV -yə  bildirib ki, məhkumlar arasında  kiminsə  hansısa  bir təxəllüsü daşıması normal haldır:  "Məhkum Natıq Məmmədovda  görünür bunlardan biri olub.  14 saylı müəssə ümumi tiplıdir,  ağır çınayələr  törədənlər  və  təkrar məhkum olunanlar bu müəssələrə etap olunmurlar".

 

Qeyd edək  ki, “Makedon” ləqəbli avtoritetin ölüm faktı ilə bağlı araşdırma aparılır, ölümün səbəbini müəyyənləşdirmək üçün tibbi - ekspertiza təyin edilib.

 

Müəllif | Apa.Tv