Qaradağda 53 yaşlı kişini yük maşını vurdu
Ötən gecə Qaradağda piyada vurma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Müşfiqabad qəsəbəsi ərazisində "İsuzu" markalı yük avtomobilinin sürücüsü maşını arxaya verərkən 53 yaşlı İmaməddin Fazilovu vurub.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Müayinə zamanı İmaməddin Fazilovda kəllə-beyin travması və çoxsaylı sınıq xəsarətlərinin olması məlum olub. Sürücünün ifadəsi alınıb, avtomobili cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar Baş Dövlət Yol İdarəsində araşdırmalar aparılır.