Sabunçuda kütləvi dava: Ramana sakininin çənəsini sındırdılar
Ötən gecə Sabunçu rayonunda kütləvi dava olub. APA TV-nin məlumatına görə, hadisə Ramana qəsəbəsi Şuşa şəhərciyi adlanan ərazidə qeydə alınıb.
36 yaşlı Anar Məmmədov 6 nəfər tərəfindən döyülüb. Döyülmə nəticəsində Anar Məmmədovun çənəsi sınıb və kəllə-beyin travması alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. O, xəstəxanada polis əməkdaşlarına onu döyən şəxslərdən birini tanıdığını bildirib.
Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində araşdırmalar aparılır.