“Qarabağ”ın sensasiyaya gücü çatmadı - QOLLAR
Ötən gün Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində "Anderlext"lə qarşılaşıb.
APA TV-nin məlumatına görə, Bakıda belçikalılara qalib gələn Ağdam klubu səfərdə də eyni nəticəni göstərmək iddiasında idi.
Matça fəal başlayan Qurban Qurbanovun yetirmələri hesabı açan tərəf olub. Danti Kintananın 26-cı dəqiqədə vurduğu qolla "Qarabağ" hesabda irəli keçib.
Ancaq Dani Kintana sevinib qurtarmağa macal tapmamış belçikalılar hesabı bərabərləşdirib. Bərabərlik qolunu Eddi Najar vurub.
"Qarabağ" özünə gəlməmiş rəqib bir daha fərqlənib. 31-ci dəqiqədə Okkaka komandasını hesabda irəli keçirib.
Matçın sonrakı gedişatında dəfələrlə cəhd etməsinə baxmayaraq, "köhlən atlar" səfərdən məğlubiyyətlə dönməli olub.