Dollar yenidən bahalaşdı - MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı həftənin son valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dolları ötən günə nisbətən manat qarşısında bahalaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0495 manat olaraq müəyyənləşdirib.
Avronun kursunda ötən günə nisbətən ucuzlaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,1478 manatdır.
Rusiya rublunun məzənnəsi isə bahalaşıb. Hazırda 1000 rublun rəsmi kursu 15 manat 20 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir. Növbəti məzənnə dekabrın 13-də açıqlanacaq.