SOS: İranda vəba epidemiyası yayılıb!

İranda vəba xəstəliyinə yoluxanların sayı 170 nəfərə çatıb. Ölkənin Səhiyyə Nazirliyi vəbaya yoluxmanın epidemiya xarakteri aldığını etiraf edib. APA TV-nin məlumatına görə, nazirliyin yoluxucu xəstəliklər idarəsinin rəis müavini Mahmud Nəbəvi bildirib ki, vəbanın sürətlə yayılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlər görülür və bu xəstəliyə yoluxanların vəziyyəti sabit qiyməytləndirilir. O, vəbaya yoluxanların 144 nəfərinin Əfqanıstan, 25 nəfərinin İran, 1 nəfərinin isə Pakistan vətəndaşı olduğunu deyib. Nəbəvi vəba aşkarlanan şəxslər arasında ölkəyə qeyri-leqal yolla mühacirət etmişə şəxslərin olduğunu da vurğulayıb: “Hazırda Əfqanıstanın şimalı regionlarında vəba epidemiyası geniş yayılıb. Epidemiyanın İranda da geniş vüsət almasına səbəb Əfqanıstan vətəndaşlarının ölkəmizə tez-tez səfər etməsidir”.

 

İranda ötən il 15 vəbaya yoluxma halı qeydə alınıb. 

Müəllif | Apa.Tv
Apa.tv