İŞİD-in rus cəlladı axtarışa verildi

İŞİD-in tərkibində vuruşan və terrorçuların ən qəddar üzvü kimi ad çıxaran Rusiya vətəndaşı İnterpol xətti ilə axtarışa verilib.

 

APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, "Cihadçı Tolik" ləqəbi ilə tanınan, Rusiyanın Noyabrsk şəhər sakini Anatoli Zemlyanka 2013-cü ildən terror qruplaşmasına qoşulub.

Anatoli Zemlyanka dekabr ayının 2-də İŞİD-in "rus casusu" elan etdiyi çeçen Maqomed Xasiyevin başını kəsərkən üzü açıq şəkildə terrorçuların yaydığı videoda görüntülənib.


Çeçenistan rəhbəri həmin şəxsin kimliyini təsdiq etmək üçün tapşırıq verib və onun şəxsiyyəti müəyyən olunub. Zemlyankanın peşəkar idmançı olduğu da dəqiqləşdirilib.

Müəllif | Apa.Tv
Apa.tv