Yağışlar dayanır - PROQNOZ

Dekabrın 12-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində zəif duman, çiskin olacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq.

 

Dekabrın 12-də Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 8-13, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv