Nardaranda növbəti əməliyyat: silah və narkotik tapıldı

Bakının Nardaran qəsəbəsində yaşayan şəxsin evindən narkotik və silah tapılıb.

 

APA TV-nin DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əli Əliyevin evindən “F-1” qumbarası və 3,95 qram heroin aşkar edilərək götürülüb.

 

Bundan əlavə, qəsəbədə içərisində silah olan kisə də tapılıb. Kisədən AKS markalı silah, 39 ədəd patron və patron darağı aşkar edilib.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv