Zaqatalada tövləyə çırpılan maşının sürücüsü öldü

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin  məlumata görə, hadisə dekabrın 10-da saat 23:00 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini, 1965-ci il təvəllüdlü Şahid Xəmməd oğlu Ramazanov idarə etdiyi “VAZ-21074” markalı 62 BE 601 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun sol kənarında tikilmiş, kənd sakini İdris Məmmədova məxsus tövlənin daş hasarına çırpıb.

 

Qəza nəticəsində 50 yaşlı Şahid Ramazanov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov