Putin orduya əmr verdi: "Məhv edin!"

Rusiya prezidenti Vladimir Putin Suriyadakı hərbi qüvvələrə rus ordusuna qarşı yönələn istənilən təhlükənin məhv edilməsi əmrini verib.

 

APA TV-nin RBK-ya istinadən xəbərinə görə, o, təxribatlara qarşı ayıq-sayıq olmağı da vacib hesab etdiyini açıqlayıb.

 

"Havada və yerdə - istənilən təhlükəyə qarşı çox sərt cavab verməyinizi əmr edirəm", - deyə Putin Müdafiə Nazirliyinin geniş kollegiya iclasında çıxışında bildirib.


Xatırladaq ki, Türkiyənin Rusiyaya məxsus "Su-24" bombardmaçısını vurduqdan sonra Moskva Suriyanın Xmeymim hərbi bazasında C-400 zenit-raket kompleksi yerləşdirib. Bundan əlavə, Latakiya sahillərinə raket daşıyan "Moskva" kreyseri gətirilib. Bu addım Suriyada hava əməliyyatları həyata keçirən rus aviasiyasını yerdən sığortalamaq məqsədilə atılıb.

Müəllif | Apa.Tv
Apa.tv