Bakıda sərnişin avtobusları toqquşdu, xəsarət alanlar var

Bakıda daha bir avtobus qəzası baş verib.  APA TV-nin məlumatına görə, ötən həftə baş verən analoji qəzadan fərqli olaraq, bu dəfə ciddi xəsarət alan olmayıb. Hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. 100 nömrəli xətt üzrə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusu 21 nömrəli xətt üzrə hərəkət edən avtobusla toqquşub. Nəticədə 100 nömrəli xətt üzrə hərəkət edən avtobus “Hyundai” markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı avtobusda olan iki sərnişin xəsarət alıb. Xəsarət alan sərnişinlərə hadisə yerində ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv