İranın Azərbaycandakı səfiri: "İŞİD-in İslamla heç bir əlaqəsi yoxdur"

"Türkiyə və Rusiya İranla qonşu olan iki böyük dövlətdir və hər ikisi ilə də bizim dostluq münasibətlərimiz var. Biz bu iki ölkə arasında yaranan ixtilaf və fikir ayrılığının tezliklə aradan qaldırılmasını istəyirik".

 

Bu fikirləri APA TV-yə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

 

Onun sözlərinə görə, region ölkələri terrorizmlə effektiv mübarizə aparılması üçün ortaq bir nəticəyə gəlməlidir: "Bu gün İŞİD və regionda fəaliyyət göstərən terrorçu qruplar dağıdıcı terrorçu təşkilatlardan hesab olunurlar. İŞİD region ölkələrinin neftini qarət edərək satır".

 

Səfir İŞİD-in İslam dini ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb: "Bu gün onların özünü dinlə əlaqələndirməsi İslama zərər vurur. İslam azadlıq və sülh dinidir, insanları sülhə dəvət edən bir dindir. İŞİD-in İslamla heç bir əlaqəsi yoxdur və heç vaxt ola bilməz".

 

Müəllif | Apa.Tv
Apa.tv