Ağdam sakini özünü güllələdi

Ağdam rayon sakini özünü odlu silahla vurub. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə Quzanlı qəsəbəsində qeydə alınıb.

 

Ağdam rayon Şotlanlı kənd sakini, 1986-cı il təvəllüdlü Aslanov Emin Elxan oğlunu özünü Quzanlı qəsəbəsində məskunlaşdığı 137 nömrəli evdə vurub. Xəsarət alan Emin Aslanov  əvvəlcə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, oradan isə yaxınlıqda yerləşən Hərbi Hospitala aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

 

Emin Aslanovun intihara cəhd etdiyi ehtimal olunur. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv