Pakistan yeni ballistik raketi sınaqdan keçirdi

Pakistan "yer-yer" sinfindən olan "Şahin-3" ballistik raketini uğurla sınaqdan keçirib.

 

APA TV-nin məlumatına görə, Pəncab vilayətindəki poliqondan buraxılan raket Ərəbistan dənizi üzərindəki şərti hədəfə çatıb. "Şahin-3" həm adi, həm də nüvə başlıqlarını 2750 kilometr məsafəyə daşımağa qadirdir.

 

Ötən il Pakistan "Şahin-1" və "Şahin-2" raketlərini sınaqdan keçirmişdi. "Şahin-1" adi və nüvə başlıqlarını 900 kilometr daşıya bilir, "Şahin-2" isə 1500 kilometr məsafədə hədəfə çatır.

 

Pakistanın yeni sınaqları qonşu Hindistanda narahatlıqla qarşılanıb.

Müəllif | Apa.Tv
Apa.tv