Putin: "Biz Suriya müxalifətini də silahlandırırıq"

"Rusiya Suriyada ümumi düşmənimiz olan İŞİD-ə qarşı mübarizə çərçivəsində həm prezident Bəşər Əsədin tərəfdarları, həm də ona müxalif olan qüvvələri silah-sursatla təchiz edir, eləcə də onlara hava zərbələri ilə dəstək verir".


APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində keçirilən müşavirə zamanı çıxışında səsləndirib.

 

Kreml rəhbəri həmçinin Hərbi Hava Qüvvələrinə Suriyadakı istənilən obyektin məhv edilməsi istiqamətində kifayət qədər sərt addımlar atılması ilə bağlı göstəriş verib.


Qeyd edək ki, bir qədər öncə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Moskvanın legitim Suriya hakimiyyətini silahlarla təmin etdiyini bildirib.

Müəllif | Apa.Tv
Apa.tv