Lerikdə dəhşətli qətl: qardaş bacısını öldürdü

Lerikdə dəhşətli qətl hadisəsi baş verib.

 

Lerik Rayon Polis Şöbəsindən APA TV-nin cənub bürosuna verilən məlumatına görə, hadisə rayonun Kaqoy kəndində qeydə alınıb.  

 

Kənd sakini, 1990-cı il təvəllüdlü Valeh Şahverdiyev şəxsi münasibətlər zəminində bacısı, 1983-cü təvəllüdlü Xəyaləni çoxsaylı bıçaq xəsarətləri yetirməklə öldürüb.

 

Hadisəni törətmiş şəxs rayonun hüquq-mühafizə orqanları tərəfindən tutularaq istintaq orqanlarına təhvil verilib.

 

Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv