Fidel Kastro: "Rusiya və Çin yer üzünə sülh gətirəcək"

Kuba inqilabının lideri Fidel Kastro Venesuela prezidenti Nikolas Maduraya məktub ünvanlayıb.

 

APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, o, Rusiya ilə Çinin dünyada sülhün qorunması baxımından önəmli ölkələr olduğunu vurğulayıb.


"Bu ölkələrin tarixi və inqilabi təcrübəsini nəzərə alaraq, mən onların dünyada müharibə təhlükəsinin aradan qaldırılması, sülhün bərqərar edilməsi və Venesuela  da daxil olmaqla Latın Amerikası, Asiya və Afrikanın inkişafı üçün bütün imkanları səfərbər edəcəyinə əminəm" - deyə o qeyd edib.

 

Kastronun fikrincə, hazırda dünyada heç bir ölkə təhlükədən sığortalanmayıb: "Ümumilikdə dünyada nüvə silahına malik olan 9 ölkə mövcuddur. Onlardan ikisinin Birləşmiş Ştatlar tərəfindən tətbiqi üç gün ərzində yüz minlərlə insanın ölümünə, milyonlarla müdafiəsiz insanın fiziki və psixoloji travma almasına səbəb olub".

Müəllif | Apa.Tv
Apa.tv