Türkiyədə məktəbliləri daşıyan mikroavtobus yük maşını ilə toqquşdu: 11 ölü
Türkiyədə 11 nəfərin ölümü ilə nəticələnən qəza baş verib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə Van vilayətində, Van-Ərciş yolunda baş verib.
Səhər saatlarında məktəbliləri daşıyan mikroavtobusla yük maşını toqquşub. Qəzada 11 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilir.
Mikroavtobusda Çaldıran qəsəbəsindən şəhər mərkəzinə imtahana gedən məktəblilər olub. Hadisə yerinə çoxlu sayda təcili yardım və həkim briqadası göndərilib. Ölənlərin sayının artacağı təhlükəsi var.