Nardaranda yenə silah-sursat tapıldı

Hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

 

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisində yolun kənarında 3 ədəd ov tüfəngi və 12 ədəd patron tapılıb.

 

Əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv