Səudiyyə Ərəbistanında ilk: qadınlar seçkiyə qatıldı
Səudiyyə Ərəbistanında bələdiyyə seçkiləri keçirilir. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu seçkilər ölkə tarixində ilk dəfə olaraq həm səsvermə, həm də öz namizədliyini irəli sürmək hüququ almış qadınların iştirakı ilə yadda qalacaq.
Ölkədə qadınların kişi vətəndaşlardan ayrıca səs verməsi üçün xüsusi seçki məntəqələri də təşkil olunub. Seçkilərdə 978 qadın bələdiyyə üzvü seçilmək uğrunda mübarizə aparır.
Qeyd edək ki, daha öncə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun Səudiyyə hökumətinin müxalifətlə konstruktiv dialoq istiqamətindəki addımlarını alqışladığını bildirib.