Lukaşenkodan Türkiyə və Rusiyaya mesaj: "Barışıq üçün yarım addım atın!"

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya və Türkiyəyə çağırış edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Belarus rəhbəri iki ölkə arasında dostluq münasibətlərinin yenidən bərpasını vacib sayır.

 

"Rusiya və Türkiyə bir-birinə qarşı yarım addım atsalar, bu barışıq üçün kifayət edər", - deyə o vurğulayıb.

 

Aleksandr Lukaşenko əsəbi hisslərin kənara qoyulmasının, problemin həlli üçün imkanlar yaradılmasının önəmini qeyd edib: "Səhvlər ola bilər, bundan qaçmaq da bəzən olmur. Amma güzəşt deyilən bir jest var, bu unudulmamalıdır".


Lukaşenko Moskva və Ankaranın dostluğunun bərpa edilməsinin yalnız region üçün deyil, dünya üçün əhəmiyyətli olduğunu bildirib.

Müəllif | Apa.Tv
Apa.tv