Azay Quliyev: "Əfvlə bağlı bütün müraciətlər araşdırılır"

Əfvlə bağlı bütün müraciətlər araşdırılır. APA TV -nın xəbərinə görə, bu sözləri Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev deyib.

 

O bildirib ki, komissiya Əsasnaməyə uyğun şəkildə araşdırma aparıb, məsələlərə müvafiq qaydada baxdıqdan sonra prezidentə tövsiyə xarakterli təklif irəli sürür: “Hazırda bu proses gedir. Bütün bu işlər başa çatdıqdan sonra yekun qərar prezident tərəfindən veriləcək”.

Müəllif | Apa.Tv
Apa.tv