Litva Rusiya ilə dəmir yolu əlaqəsini kəsdi - SƏBƏB

Litvanın dövlət dəmiryol şirkəti olan "Litva Dəmir Yolları" Vilnüs-Moskva-Vilnüs marşrutu üzrə qatar reyslərinin dayandırıldığını açıqlayıb.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, şirkətdən bu qərarın sərnişin azlığı səbəbindən qəbul edildiyi bildirilib.

Qeyd edək ki, 1 iyun tarixindən etibarən Vilnüs - Sankt-Peterburq arasında qatarların hərəkəti dayandırılıb.

Müəllif | Apa.Tv
Apa.tv