Suriyada 200-dən artıq türkmən bir gecədə qətlə yetirilib

Suriyada türkmənlərə qarşı soyqırımı aktı törədilib. Əsəd tərəfdarı olan ərəb nuseyrilər  Hüms şəhərinin qərbində yerləşən kəndlərinin birində yaşayan 200-dən artıq türkməni amansızlıqla qətlə yetiriblər. Suriya Türkmən Hərəkatının mətbuat katibi Əli Öztürkmən APA TV-yə eksklüziv açıqlamasında baş verən faciənin təfərrüatlarını açıqlayıb.

Əli Öztürkmən bildirir ki, bu soyqrımın həyata keçirilməsində məqsəd türkmənləri köçə məcbur etməkdir.

Suriya Türkmən Hərəkatının təmsilçisi türk dünyasını bu hadisələrə reaksiya verməyə çağırıb.

Qeyd edək ki, Suriyada 3,5 milyon türkmən yaşayır, döyüşlərin getdiyi Dəməşq, Hələb, Hüms, Lazkiyə kimi böyük şəhərlərin əhalisinin xeyli hissəsini türkmənlər təşkil edir.
 

Müəllif | Apa.Tv