Fransada seçkilərdə gözlənilməz nəticə: ifrat sağçılar uduzdu

Fransada ümummilli seçkilərin ikinci raundu keçirilib.

 

APA TV-nin xəbərinə görə, "exit-poll" seçicilərin əksəriyyətinin anti-mühacirət siyasətinə görə ifrat sağçı Milli Cəbhə Partiyasına səs vermədiyini göstərib. Partiyanın lideri Marin Le Pen  Fransanın aparıcı regionlarında məğlubiyyətə uğrayıb.

 

Seçkilərin birinci raundunda Milli Cəbhə Partiyası 13 regionun 6-da qələbə çalmışdı. İkinci raundda sabiq prezident Nikola Sarkozi və onun müttəfiqlərinin səs çoxluğu əldə etdiyi deyilir. Hakim Sosialist Partiyası üçüncü yerdə gedir.

 

Qeyd edək ki, seçkilərin yekun nəticələri hələ açıqlanmayıb. Siyasi analitiklər qatı sağçıların məğlub olmasını birinci mərhələ ilə müqayisədə ikinci mərhələdə seçici fəallığının həddindən artıq yüksək olması ilə əlaqələndirib.

 

Müəllif | Apa.Tv
Apa.tv