Qaxda ağır qəza: 4 yaralı

Qaxda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə ötən gün günorta saatlarında Qax şəhəri Natəvan küçəsində  baş verib.

 

Qax şəhər sakini, 1994-cü il təvəllüdlü Zaur İlqar oğlu Züliyevin idarə etdiyi “VAZ-2106” markalı 34 BD 293 dövlət nömrə nişanlı avtomobillə Qax şəhər sakini, 1965-ci il təvəllüdlü Məmməd Qədir oğlu Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı 34 BB 512 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və Məmməd Əhmədovun sərnişinləri, Qax rayon sakinləri - 1968-ci il təvəllüdlü Ceyran Rəcəbova və 1971-ci il təvəllüdlü Həyat Məmmədova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.


Xəstəxanadan verilən məlumata görə,  qəza nəticəsində daxil olan yaralılardan Məmməd Əhmədov, Ceyran Rəcəbova və Həyat Məmmədova cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir. Zaur Züliyevin vəziyyəti yüngül olduğundan, ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov