Dollar ucuzlaşdı, avro bahalaşdı - MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dolları dekabrın 11-i ilə müqayisədə manat qarşısında ucuzlaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0494 manat olaraq müəyyənləşdirib.
Avronun kursunda isə bahalaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,501 manatdır.
Rusiya rublu yenə ucuzlaşıb. Hazırda 1000 rublun rəsmi kursu 14 manat 90 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.