Arvadını kanalda boğan Lerik sakini təcridxanaya göndərildi

Bakıda Lerik rayon sakini, 1991-ci il təvəllüdlü Şəbnəm Kərəm qızı Namazovanı yumruqla qətlə yetirən 26 yaşlı Şahin Mirsəməd oğlu Əliyev  bu gün təcridxanaya etap olunub. Suraxanı rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, Şahin Əliyev həyat yoldaşı Şəbnəm Namazovanı qətlə yetirdiyini etiraf edib. Qadını döydükdən sonra onu kanala atdığını deyən təqsirləndirilən şəxs hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini bildirib. Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya şöbəsinin verdiyi rəydə bildirilir ki, qadın su kanalına düşüb, köməksiz vəziyyətdə qaldığından boğularaq ölüb. Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb. Rayon prokurorluğunda araşdırmalar davam edir.

 

 

Müəllif | Apa.Tv