Gəncədə yaşayış evində yanğın: 1 yaralı

Gəncədə yanğın baş verib. APA TV-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Şahsevənlər küçəsi ev 81-də qeydə alınıb.

 

Vətəndaşa məxsus ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli 3 otaqlı yaşayış evinin mətbəxinin, evə bitişik talvarın və dam örtüyünün yanar konstruksiyaları yanıb.

 

Əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Tez bir zamanda alov söndürülüb. Evdə yaşayan 1959-cu il təvəllüdlü Əlağa Səlimov yanğın zamanı xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona yuxarı ətrafın 2-ci dərəcəli yanğını diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Ə.Səlimov yanğın başlayan zaman söndürmək istəyərkən yandığını bildirib.

 

Yanğının səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli