Bakıda Beynəlxalq Kitab Sərgisi keçirilir

Dünyanın 25 ölkəsindən 120-yə qədər nəşriyyat kitablarını Bakıda satışa çıxardı. Bakıda keçirilən 3-cü beynəlxalq kitab sərgi-yarmarkası başladı. Yarmarka ilk dəfə olaraq açıq havada – Gənc Tamaşaçılar Kinoteatrının qarşısında keçirilir.

 

Sərgi-Yarmarkanın açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kitab sərgisinin əhəmiyyətindən danışdı.

Daha sonra qonaqlar stendlərlə tanış oldular.  

 

İlk dəfə olaraq açıq havada təşkil edilən Bakı sərgi-yarmarkasında kitab satışı və nümayişi üçün 1000 kv. metrdən çox ərazini əhatə etməklə 130 ekspozisiya köşkündən ibarət olacaq.

 

Sərginin birinci günü rəsmi açılışından sonra kitab təqdimatları, dünya və Azərbaycan yazarları ilə görüşlər keçiriləcək. Sərgi ilə bağlı bir çox kitablara endirimlər olduğundan alıcı sıxlığı müşahidə edilirdi.

 

"Qanun" Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu APA TV-y dedi ki, qiymətlər heç də baha deyil.

 

Sərgi-yarmarka günlərində daha bir əlamətdar tədbir -Azərbaycan milli kitabxanasının 90 illik yubileyi keçiriləcək. Sərgi sentyabrın 25-dək davam edəcək. 

Müəllif | Apa.Tv
Apa.tv