Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edildi - SƏRƏNCAM

 

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsi barədə sərəncam imzalayıb. APA TV-nin məlumatına görə, sərəncama əsasən, Mədət Quliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

 

Prezidentin digər sərəncamı  ilə Orxan Sedyar oğlu Sultanov Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv