ABŞ səfiri təmas xəttində yaranan gərginliyə münasibət bildirdi

 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan-Ermənistan təmas xəttində yaranan gərginliyə münasibət bildirib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, səfir bildirib ki, Birləşmiş Ştatlar hər zaman tərəfləri irəliyə doğru addımların atılması və gərginliyin azaldılmasına çağırır.

 

R.Sekuta prezidentlərin bu ay keçirilməsi nəzərdə tutulan görüşünün bu istiqamətdə vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcəyinə inandığını söyləyib.

 

Leyla Yunusun azadlığa buraxılmasına münasibət bildirən diplomat rəsmi Vaşinqtonun bu addımı təqdir etdiyini və alqışladığını da söyləyib. Leyla və Arif Yunusun azadlığa buraxılması barədə qərarı təqdir etdiklərini deyən səfir qeyd edib ki, bu, irəliyə doğru atılan vacib addımdır. 

 

Müəllif | Apa.Tv
Vəli Turan