Şəkidə maşın körpüdən aşdı: 1 ölü
Şəki rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhərinin Xətai rayon sakini 1954-cü il təvəllüdlü, Fəxrəddin Avaz oğlu Bayramov idarə etdiyi “Niva” markalı 90 ST 230 dövlət nömrə nişanlı maşınla Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını Şin çayı üzərindəki körpüdən aşırıb. Qəzadan sonra Fəxrəddin Bayramov Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.