Parlamentin iclas zalına gözyaşardıcı qaz buraxıldı - DEPUTATLARIN ÇƏTİN ANLARI

Kosovo müxalifəti ölkə parlamentinin iclasının keçirilməsinə yenə imkan verməyib.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, müxalifət nümayəndələri Priştina və Belqrad arasında 2013-cü ildə Brüsseldə imzalanmış razılıq sənədinin müzakirəsinə etiraz ediblər.


Radikal Kosovo-Alban Birliyindən parlamentdə təmsil olunan iki deputat - Pal Lekay və Tim Qadriyay iclas zalına gözyaşardıcı maddə atıblar. Nəticədə parlament son iki ayda altıncı dəfə işini saxlamağa məcbur olub. Parlamentdə təmsil olunan digər deputatlar təxliyə olunublar, onlar bir neçə saat sonra qonşu zalda bir araya gəliblər. Hadisəni törətməkdə təqsirli bilinən Pal Lekay saxlanılıb.


Hadisədən sonra müxalifət tərəfdarları Priştinada parlament binasının yaxınlığında aksiya keçirmək istəyiblər, lakin polis buna imkan verməyib.

Müəllif | Apa.Tv
Apa.tv