İranda girov saxlanan azərbaycanlı körpənin meyiti qaytarıldı

Xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-York səfəri başlayıb. Nazirin başçılıq etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak edəcək. Bu barədə APA TV-yə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

 

Nazirlik sözçüsü Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın “Macarıstanda erməni zabiti Qurqen Markaryanı qətlə yetirən Azərbaycan Ordusunun zabiti Ramil Səfərov prezident İlham Əliyev tərəfindən əfv olunub və Azərbaycanda qəhrəman səviyyəsinə yüksəldilir” bəyanatını şərh edib. Onun sözlərinə görə, Ermənistan işğalçı, etnik təmizləmə həyata keçirən bir ölkədir.

 

Elman Abdullayev vaxtilə Ermənistan rəhbərliyinin Azərbaycan və erməni xalqının bir arada yaşaya bilmədiklərini dediyini, Xocalıda törədilmiş soyqırımdan lovğalandığını xatırladıb.

 

Elman Abdullayev Təbrizdə ağciyər çatışmazlığı nəticəsində sentyabrın 20-də vəfat edən 11 aylıq Məmmədli Kazım Nazir oğlunun cəsədinin ölkəyə gətirilməsi üçün Azərbaycan Təbrizdəki Baş Konsulluğun heç bir köməklik etməməsi barədə deyilənlərə də münasibət bildirib.

 

Elman Abdullayev bildirib ki, uşağın maliyyə məsələləri ilə bağlı Azərbaycanın Təbrizdəki baş konsulluğuna heç bir müraciət daxil olmayıb. Maliyyə ilə bağlı bütün məsələlər uşağın öz valideynləri tərəfindən həllini tapıb.

 

Müəllif | Apa.Tv