Rusiyada sorğu: turistlər yenə Türkiyəni seçdi

Rusiyalı turistlər Türkiyə və Misirin kurort sahillərini Krıma dəyişməyəcəklərini bildiriblər.

 

APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, bu barədə nəticə Rusiyada keçirilən sorğudan sonra məlum olub. Rəyi soruşulanların 60 faizi bu qənaətdədir.

 

Sorğu ölkənin bir neçə tanınmış turist şirkətinin sifarişi ilə keçirilib. Sorğuda iştirak edənlər Türkiyə və Misirdən çarter reyslərinə qoyulan qadağanın da düzgün addım olmadığını bildiriblər.

 

Respondentlərin əksəriyyəti Rusiyanın turizm sistemində kifayət qədər çatışmazlıq olduğunu deyərək, bunun Krımda daha qabarıq hiss olunacağına əminliklərini qeyd ediblər. Onlar bura qiymət bahalığını, mədəni xidmətin olmamasını və servis qıtlığını da əlavə ediblər.


Buna baxmayaraq, rəyi soruşulanların 39 faizi hökumətin xəbərdarlığından və qadağalardan sonra istirahətlərini planlaşdırdıqları Türkiyə və Misirə getməkdən vaz keçdiklərini və tamam başqa ölkələrə üz tutacaqlarını bildiriblər. Sorğu iştirakçılarından yalnız bir faizi Krım sahillərini Türkiyə və Misir kurortlarına rəqib hesab edib.

Müəllif | Apa.Tv
Apa.tv