Balakəndə uşaq bağçası yandı
Dekabrın 14-də axşam saat 21:50 radələrində Balakən şəhəri, Rafiq Səmədov küçəsində yerləşən birmərtəbəli, ümumi sahəsi 357 kv. m olan uşaq bağçasında yanğın baş verib.
APA TV-nin məlumatına görə, hadisə yerinə FHN-nin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının daha da genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 50 kv. m sahədə yanaraq yararsız hala düşüb. Yanğın zamanı heç kim xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
Bu gün səhər saatlarından isə bağçanın dam örtüyündə təmir işləri başlayıb. Balakən Rayon İcra Hakimiyyətindən APA TV-yə verilən məlumata görə, sabahdan bağçada tədris prosesi bərpa olunacaq.