İsrail əsgərlərindən fələstinli jurnalistə əxlaqsız hərəkət - REAL GÖRÜNTÜ

İsrail ordusunun 3 əsgəri iş başında olan fələstinli jurnalistə qarşı təhqiramiz hərəkətlər edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, kadrlardan görünür ki, əsgərlər xəbər təqdim edən qadın jurnalistin arxasından cürbəcür əl hərəkətləri edir və "yalançı", "Allahu Əkbər" deyə qışqırırlar.

 

İsrail Müdafiə Nazirliyi əsgərlərin nizamnamə qaydalarını pozduğu videonu nəzərdən keçirəcəyini və İordan çayının qərb sahilində mətbuatın azadlığına şərait yaratmaqda davam edəcəyini bildirib.

Müəllif | Apa.Tv
Apa.tv